Bakı. Trend:
Çin iki peyk daşıyan "Kuaizhou-11" raket daşıyıcısını uğurla orbitə çıxarıb.
Trend-in məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası xəbər verib.
Məlumata əsasən, buraxılış Pekin vaxtı ilə səhər saat 9:08-də Çinin şimalındakı Tzutsuan kosmodromundan həyata keçirilib. Bu, "Kuaizhou-11" üçün dördüncü missiyadır.
Bildirilib ki, "Di'er-5" sınaq kosmik aparatı "Xiwang-5-2" peyki ilə birlikdə orbitə buraxılıb.