...

Palmira yaxınlığında iki ABŞ əsgəri və tərcüməçi öldürülüb - Pentaqon

Dünya xəbərləri Materials 14 Dekabr 2025 03:31 (UTC +04:00)
Palmira yaxınlığında iki ABŞ əsgəri və tərcüməçi öldürülüb - Pentaqon
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suriyanın Homs əyalətinin mərkəzi hissəsində yerləşən Palmira şəhəri yaxınlığında iki ABŞ əsgəri və bir amerikalı mülki tərcüməçi öldürülüb.

Trend xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Şon Parnell X sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ hərbçiləri bölgədə İŞİD terror qruplaşmasına qarşı əməliyyatlara dəstək göstərirdilər.

Pentaqonun sözçüsü hadisə ilə bağlı əlavə detallar açıqlamayıb, lakin insident üzrə istintaqın aparıldığını bildirib.

ABŞ-ın müdafiə naziri Pit Heqset də X platformasında paylaşım edərək qeyd edib ki, hücumu həyata keçirən şəxs tərəfdaş qüvvələr tərəfindən zərərsizləşdirilib. O vurğulayıb ki, dünyanın istənilən yerində amerikalılara hücum edənlər bilməlidirlər: ABŞ onları təqib edəcək, tapacaq və amansızcasına məhv edəcək.

Xəbər lenti

Xəbər lenti