...

Türkiyə XİN Avstraliyadakı terror aktını pisləyib

Dünya xəbərləri Materials 14 Dekabr 2025 23:03 (UTC +04:00)
Türkiyə XİN Avstraliyadakı terror aktını pisləyib

Bakı. Trend:

Türkiyə Avstraliyanın Sidney şəhərində Hanuka bayramı qeyd etmələri zamanı baş verən terror aktını qətiyyətlə pisləyir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlamasında bildirib.

Nazirlik həlak olanların ailələrinə və bütün Avstraliya xalqına başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb.

"Türkiyə terrorizmin bütün forma və təzahürlərinə qarşı prinsipial mövqeyini və bu qlobal təhlükə ilə mübarizədə əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyir", - deyə Türkiyə XİN qeyd edib.

Qeyd edək ki, Sidneyin Bondi-biç çimərliyində baş verən silahlı hücum nəticəsində 12 nəfər həlak olub, iki polis əməkdaşı da daxil olmaqla 29 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti