...

Sudanda BMT missiyasının obyektinə hava zərbəsi endirilib

Dünya xəbərləri Materials 14 Dekabr 2025 02:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sudanın Cənubi Kardofan ştatının inzibati mərkəzi olan Kaduqli şəhərində yerləşən BMT missiyasının obyektinə “Çevik Dəstək Qüvvələri”nin (ÇDQ) endirdiyi hava zərbəsi nəticəsində azı 6 dinc sakin həlak olub.

Trend xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.

Məlumata görə, ÇDQ şəhəri mühasirəyə alıb. Sudan hökuməti baş verən hücumu qınayıb.

Xatırladaq ki, Sudanda vəziyyət 2023-cü ilin aprelində kəskinləşib. Buna Suveren Şuraya rəhbərlik edən Əbdül Fəttah əl-Burhanla “Çevik Dəstək Qüvvələri”nin komandanı Məhəmməd Həmdan Daqalo arasında ziddiyyətlərin yaranması səbəb olub. Xartumda başlayan toqquşmalar sonradan ölkənin digər bölgələrinə də yayılıb.

Ekspertlərin fikrincə, münaqişə nəticəsində azı 40 min nəfər ölüb, 14 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb və aclıq həddində yaşayır.

Hazırda ən ağır vəziyyət Sudanın cənub bölgələrində, eləcə də ÇDQ-nin nəzarətində olan Cənubi Kardofan ştatında müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti