...

Sabahın hava PROQNOZU

Cəmiyyət Materials 13 Dekabr 2025 13:10 (UTC +04:00)
Sabahın hava PROQNOZU
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2 dərəcədən 4 dərəcəyədək , gündüz 4 dərəcədən 6 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, qara keçəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcədən 6 dərəcəyədək, gündüz 7 dərəcədən 11 dərəcəyədək, dağlarda gecə 1 dərəcədən 6 dərəcəyədək şaxta, gündüz 0 dərəcədən 5 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti