...

"Fənərbaxça" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi düşünür

İdman Materials 13 Dekabr 2025 14:00 (UTC +04:00)
"Fənərbaxça" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi düşünür

Bakı.Trend:

Türkiyənin "Fənərbaxça" klubu qışda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Trend türk KİV-lərə istinadən xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi icarə əsasında "Aston Villa"da çıxış edən Ceydon Sançodur.

"Fənərbaxça" ingiltərəli vingerin müqavilə ilə məxsus olduğu "Mançester Yunayted"lə danışıqlara başlayacaq. Super Liqa klubu "qırmızı şeytanlar"la 6 aylıq sözləşməsi qalan 25 yaşlı ön xətt oyunçusunu münasib qiymətə transfer edə biləcəyinə ümid edir.

Qeyd edək ki, Ceydon Sanço mövsümün əvvəlində "Aston Villa"ya keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti