Bakı. Trend:
ABŞ Avropa İttifaqını Avropadan idxal olunan kənd təsərrüfatı məhsullarına 17% rüsumla hədələyib.
Trend-in məlumatına görə, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən xəbər verib.
Qeyd edilib ki, Amerika tərəfi bu addımı ABŞ və Aİ arasında ticarət sazişinin razılaşdırılması üçün iyulun 9-da başa çatan vaxtdan əvvəl atıb.
Bildirilib ki, xəbərdarlıq iyulun 3-də Vaşinqtonda keçirilən görüşdə Aİ-nin ticarət siyasəti və iqtisadi təhlükəsizlik üzrə komissarı Maroş Şefçoviç, növbəti gün isə Aİ-yə üzv ölkələrin səfirlərinə çatdırılıb.