...

Aİ Ukraynadan taxıl və şəkər idxalını 80% azaldacaq

Dünya xəbərləri Materials 6 İyul 2025 08:35 (UTC +04:00)
Aİ Ukraynadan taxıl və şəkər idxalını 80% azaldacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı öz fermerlərini qorumaq məqsədilə Ukraynadan taxıl və şəkər idxalına ciddi məhdudiyyətlər tətbiq etmək qərarına gəlib.

Trend xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, Ukrayna məhsullarına kvotaların yenidən tətbiqi Brüsselin avropalı kənd təsərrüfatı istehsalçılarının narazılığı və geniş etirazları fonunda baş tutub. Yeni qaydalara əsasən, Aİ-nin buğda idxal kvotası 1,3 milyon metrik ton təşkil edəcək ki, bu da 2023-2024-cü illərdə idxal edilən 6,5 milyon tonla müqayisədə 70-80% azalma deməkdir.

Məhdudiyyətlər şəkər idxalına da şamil olunur və Aİ-nin daxili bazarını qorumaq, yerli fermerlərin maraqlarını təmin etmək məqsədi daşıyır.

Qərarın yaxın günlərdə qüvvəyə minəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti