Bakı.Trend:
İran hələ də beynəlxalq müfəttişlərə öz nüvə proqramına çıxış imkanı verməkdən imtina edir və uranın zənginləşdirilməsi prosesini dayandırmayıb.
Trend xəbər verir ki, belə bir bəyanatla ABŞ-nin prezidenti Donald Tramp Nyu-Cersi ştatına yollanarkən “bir nömrəli təyyarənin” göyərtəsində çıxış edib.
Jurnalistlərə verdiyi açıqlamada Amerika lideri bildirib ki, razılaşmaların olmamasına rəğmən, Tehrana göstərilən təzyiq siyasəti nəticə verib, belə ki, İran İslam Respublikasının nüvə iddiaları ciddi şəkildə məhdudlaşdırılıb.
Lakin Tramp İran hakimiyyəti beynəlxalq ictimaiyyətdən gizli şəkildə başqa bir yerdə tədqiqatları bərpaya cəhd edə biləcəyini istisna etməyib.
“Məncə, onların proqramı ciddi zərər görüb, bəlkə də, geri dönməz şəkildə. Amma onlar hər şeyi yenidən başqa bir məkanda başlaya bilərlər. Biz bunu anlayırıq”, – deyə Ağ Evin rəhbəri bildirib.