...

Tramp ABŞ-nin xərcləri, vergi və borc tavanı ilə bağlı qanun layihəsini imzalayıb

Dünya xəbərləri Materials 5 İyul 2025 02:27 (UTC +04:00)
Tramp ABŞ-nin xərcləri, vergi və borc tavanı ilə bağlı qanun layihəsini imzalayıb

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp vergilərin azaldılması və borc tavanının artırılmasını özündə əks etdirən hökumət xərcləri haqqında qanun layihəsini imzalayıb.

Trend-in məlumatına görə, daha əvvəl sənəd Konqresin hər iki palatası tərəfindən təsdiq edilib.

"Bu, tarixdə ən böyük qanun layihəsidir. Heç vaxt belə bir şey olmayıb", - deyə Amerika lideri imzalamadan əvvəl bildirib.

O, hesab edir ki, sənəd “Amerika tarixində ən böyük vergi azaldımasını” nəzərdə tutur. Onun qanunvericilər tərəfindən təsdiqlənməsi, Trampın fikrincə, “ən böyük qələbə” idi.

Trampın “vahid, böyük, gözəl qanun layihəsi” adlandırdığı və Vaşinqton administrasiyasının təşəbbüsü ilə hazırlanmış sənəd bir sıra sahələrdə vergilərin və dövlət xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti