...

Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfəri başa çatıb (FOTO)

Siyasət Materials 4 İyul 2025 19:41 (UTC +04:00)
Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfəri başa çatıb (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.

Trend xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Emoməli Rəhmonu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yola salıblar.

Xəbər lenti

Xəbər lenti