Bakı. Trend:
Rusiya Federasiyasının Zabaykal diyarının Çita bölgəsində “An-2” tipli yüngül təyyarə sərt eniş edib.
Trend xəbər verir ki, hadisə nəticəsində 10 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.
Xəsarət alanlar Diyarın Klinik Xəstəxanasına çatdırılıb. Digər 8 nəfərin vəziyyəti isə orta ağırdır.
Nazir əlavə edib ki, yaralıların hamısı yaxın saatlarda ətraflı tibbi müayinədən keçiriləcək.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Zabaykal diyarı üzrə Baş İdarəsinin verdiyi məlumata görə, DOSAAF-a məxsus yüngül mühərrikli “An-2” təyyarəsi havaya qalxdıqdan 16 dəqiqə sonra yerə enib. Təyyarədə 10 paraşütçü və 1 ekipaj üzvü olub.