...

“Qəbələ” futbol klubu qanalı müdafiəçi ilə müqavilə imzalayıb

İdman Materials 4 İyul 2025 23:29 (UTC +04:00)
“Qəbələ” futbol klubu qanalı müdafiəçi ilə müqavilə imzalayıb

Bakı. Trend:

Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Trend-in məlumatına görə, qanalı mərkəz müdafiəçisi İsaak Amoah “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. 24 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Amoahın son klubu ötən mövsümün ikinci yarısında formasını geyindiyi İspaniyanın 3-cü liqa təmsilçisi “Atletiko Sanlukenyo” olub. O, bunadək İspaniyada “Valyadolid”in U-19 və əvəzedici komandaları, həmçinin “Algesiras”, “Tarazona”, Polşada “Poqon Siedlse” klublarında çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti