...

İctimai xadimlər, millət vəkilləri də aksiyada iştirak edir - Şeyxülislam

Cəmiyyət Materials 5 İyul 2025 12:07 (UTC +04:00)
İctimai xadimlər, millət vəkilləri də aksiyada iştirak edir - Şeyxülislam
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

İctimai xadimlər, millət vəkilləri də aksiyada iştirak edir.

Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə Təzəpir məscidində qanvermə aksiyasından sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İnanıram ki, qan verən insanlar kiməsə həyat verirlər, ən böyük savablardan biri də budur:

"Bunu təbliğ etmək bizim borcumuzdur. Hər il biz belə bir aksiya başladanda bizə könüllü qoşulurlar. İctimai xadimlər, millət vəkilləri də aksiyada iştirak edir".

"Mən burada iştirak edən dini icma üzvlərinə təşəkkürümü bildirirəm. Bu, bir daha bu işin dini yox, ictimai iş olduğunu göstərir. Allah təala bütün dövlətləri, müsəlmanları qorusun", - A.Paşazadə qeyd edib.

Xəbər lenti

Xəbər lenti