Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında açıqlama verərək, Kiyev və Kopenhagen arasında silah istehsalına dair müqavilənin bir gün əvvəl imzalandığını bildirib.
Trend xəbər verir ki, bu müqavilə çərçivəsində Danimarkanın ərazisində silah istehsal olunacaq və bu, xaricdə həyata keçiriləcək ilk belə layihə olacaq.
Dövlət başçısı əlavə edib ki, gələcəkdə oxşar razılaşmalar pilotsuz uçuş aparatları (PUA) və digər silah növləri üzrə də planlaşdırılır.
Həmçinin, Zelenski Ukrayna ilə ABŞ arasında pilotsuz uçuş aparatları ilə bağlı əməkdaşlığın əhəmiyyətli dərəcədə genişləndiyini qeyd edib. Bu əməkdaşlıq sayəsində Ukrayna bu il ABŞ-dən xüsusi şərtlərlə yüz minlərlə PUA alacaq.