...

Tusk koalisiya liderləri ilə görüşüb

Dünya xəbərləri Materials 5 İyul 2025 20:17 (UTC +04:00)
Tusk koalisiya liderləri ilə görüşüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşanın Baş naziri Donald Tusk cümə günü hakim koalisiyanın liderləri ilə yaxın həftələrdə elan olunacağı gözlənilən hökumət dəyişikliklərini müzakirə edib.

Trend xəbər verir ki, bu barədə hökumətin sözçüsü Adam Şlapka RMF FM radiostansiyasına açıqlama verib.

Tusk “Polşa 2050” partiyasının lideri və Seym sədri Şimon Qolovnia, Polşa Kəndli Partiyasının liderləri Vladislav Kosiniak-Kamış və Vlodzimej Çajastı ilə dörd saat davam edən görüş keçirib.

Adam Şlapkanın sözlərinə görə, görüşdə əsas müzakirə mövzularından biri dövlətin daha səmərəli idarə olunması məqsədilə hökumət strukturunun yenidən qurulması olub.

Koalisiya liderlərindən Vlodzimej Çajastı görüşdən sonra jurnalistlərə bildirib ki, “bütün qərarlar qəbul olunub” və onların detalları iyulun 15-də ictimaiyyətə açıqlanacaq. Lakin hökumət sözçüsü kabinet dəyişikliklərinin dəqiq tarixini açıqlamayıb.

Polşa mediasının yaydığı məlumata əsasən, Donald Tusk hökumətdə nazir və onların müavinlərinin sayının 20 faiz azaldılmasını, eləcə də iki “super nazirlik”in yaradılmasını təklif edib. Onlardan biri iqtisadiyyat, digəri isə rəqəmsallaşma, təhsil və idman sahələrinə cavabdeh olacaq.

Xəbər lenti

Xəbər lenti