...

Türkiyədə üç iri şəhərin meri saxlanılıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 5 İyul 2025 12:55 (UTC +04:00)
Türkiyədə üç iri şəhərin meri saxlanılıb (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Antalya Respublika Baş Prokurorluğu tərəfindən başlanan “rüşvət” istintaqı çərçivəsində, Antalya Böyükşəhər Bələdiyyə sədri (meri) Mühiddin Böcek saxlanılıb.

Trend bu barədə “TRT Haber”ə istinadən xəbər verir.

Vilayət Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin keçirdiyi əməliyyat zamanı, Böcekin də aralarında olduğu 3 şübhəli saxlanılıb.

xxx

11:48

Türkiyədə polisin keçirdiyi əməliyyatda Adana və Adıyaman şəhərlərin bələdiyyə sədrləri (merləri) Zeydan Karalar və Əbdürrəhman Tutdərə saxlanılıblar.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

CHP üzvləri olan merlərin saxlanılması İstanbul baş prokurorluğunun yerli bələdiyyə orqanlarında korrupsiya halları (tenderlərin təşkilində rüşvət və s.) ilə bağlı bir beçə iş əsasında aparılan istintaq çərçivəsində həyata keçirilib.

Saxlanmalardan sonra Adana və Adıyaman bələdiyyələrinin binalarında polis tərəfindən axtarış aparılıb. Polis əməkdaşları binaların qarşısında və ətrafında geniş təhlükəsizlik tədbirləri həyata keçirib.

İstanbul Baş Prokurorluğu tərəfindən verilən açıqlamaya görə, Adana Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karaların Seyhan Bələdiyyə Başçılığı dövründə bələdiyyə ilə iş görən şirkətlərdən rüşvət tələb etdiyi və şəxsləri həmin dövrün Təmizlik İşləri Müdiri Özcan Zengerə yönləndirdiyi iddiaları əsasında, Karalar və Zenger barəsində “rüşvət alma” (irtikap) maddəsi ilə həbs qərarı çıxarılıb.

Oxşar şəkildə, Adıyaman Bələdiyyə Başçısı Əbdürrəhman Tutdərənin də bələdiyyə ilə işləyən şirkətlərdən rüşvət tələb etdiyi və şəxsləri Bələdiyyə Başqanının müavini Ceyhan Kayhana yönləndirdiyi iddiaları nəticəsində, Tutdere və Kayhan barəsində də həbs qərarı çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti