...

ABŞ-də “Şantal” tropik fırtınası səbəbindən xəbərdarlıq verilib

Dünya xəbərləri Materials 5 İyul 2025 23:36 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şənbə günü səhər Cənubi Karolina sahillərindən təxminən 150 mil aralıda yaranan “Şantal” tropik fırtınası ABŞ-nin Şimali və Cənubi Karolina ştatlarının bəzi ərazilərində tropik fırtına xəbərdarlığına səbəb olub.

Trend xəbər verir ki, bu barədə Mayamidəki Milli Hava Xidməti məlumat yayıb.

Fırtına Cənubi Karolina ştatının Çarlston şəhərindən cənub-şərqdə, həmçinin Şimali Karolina ştatının Uilminqton şəhərindən təxminən 240 mil cənub-qərbdə yerləşir.

Fırtınanın maksimum külək sürəti saatda 40 mil, hərəkət sürəti isə təxminən 2 mil/saat təşkil edir.

Sinoptiklərin proqnozuna əsasən, “Şantal” bazar günü axşam şimal-şərqə istiqamət götürərək Cənubi Karolina sahillərindən keçəcək.

Atlantik qasırğa mövsümünün bu il normaldan yuxarı aktiv olması gözlənilir. 13-19 tropik fırtına proqnozlaşdırılır, onlardan 6-10-nun qasırğaya çevriləcəyi, 3-5-nin isə böyük qasırğa statusu alacağı ehtimal edilir.

Xəbər lenti

Xəbər lenti