...

Londonda aksiya zamanı 20-dən çox şəxs saxlanılıb

Dünya xəbərləri Materials 6 İyul 2025 01:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Londonda qadağan olunmuş “Palestine Action” təşkilatına dəstək məqsədilə keçirilən etiraz aksiyası zamanı 20-dən çox şəxs saxlanılıb.

Trend BBC-yə istinadla xəbər verir ki, saxlanılanlar Böyük Britaniyanın Terrorizm haqqında 2000-ci il qanunu əsasında ittiham olunurlar və hazırda polis nəzarətindədirlər.

Etiraz aksiyası Vestminsterdə baş tutub. Aksiya zamanı çəkilmiş fotolarda nümayişçilərin “Soyqırıma qarşıyam, “Palestine Action”a dəstəyəm” sözləri yazılmış plakatlar tutduğu görünür.

Qeyd edək ki, “Palestine Action” təşkilatı iyulun 5-dən etibarən rəsmi olaraq Böyük Britaniyada terror təşkilatı kimi tanınıb. Bu qərar təşkilatın hüquqşünaslarının yasağın qarşısını almaq üçün məhkəməyə etdiyi müraciətin rədd edilməsindən sonra qüvvəyə minib.

Mövcud qanunvericiliyə əsasən, bu qrupun üzvü olmaq və ya ona açıq şəkildə dəstək ifadə etmək cinayət hesab olunur və 14 ilədək azadlıqdan məhrumetmə cəzası ilə nəticələnə bilər.

Xəbər lenti

Xəbər lenti