...

Sabirabadda Kürdə batan gəncin meyiti tapılıb (YENİLƏNİB)

Hadisə Materials 5 İyul 2025 11:03 (UTC +04:00)
Sabirabadda Kürdə batan gəncin meyiti tapılıb (YENİLƏNİB)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Kür çayının Sabirabad rayonu Ulacalı kəndi ərazisindən keçən hissəsində batan Məmiyev Eldəniz Cabir oğlunun meyiti tapılıb.

Trend xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Aparılan axtarışlar nəticəsində batan şəxsin meyiti bu gün səhər saat 8 radələrində aşkarlanıb. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Sabirabad rayon şöbəsi üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

XXX

09:20

Sabirabadda bir nəfər Kür çayında batıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kür çayının Sabirabad rayonu, Ulacalı kəndindən keçən hissəsində 1 nəfər batıb.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti