...

İslam İnkişaf Bankı Türkiyəyə 200 milyon avroluq maliyyə paketi ayıracaq

Dünya xəbərləri Materials 6 İyul 2025 05:32 (UTC +04:00)
İslam İnkişaf Bankı Türkiyəyə 200 milyon avroluq maliyyə paketi ayıracaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İslam İnkişaf Bankı 2023-cü ilin fevralında baş vermiş zəlzələlərdən zərər çəkmiş vilayətlərdə və böyük şəhərlərdə bələdiyyə infrastrukturunun davamlı inkişafını dəstəkləmək məqsədilə Türkiyəyə 200 milyon avro həcmində maliyyə paketi ayıracaq.

Trend xəbər verir ki, bu barədə məlumatı Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi yayıb.

Razılaşmaya əsasən, maliyyə iki tranşla təqdim olunacaq:

150 milyon avro – zəlzələdən zərər çəkmiş bölgələrdə infrastrukturun yenidən qurulması üçün,

50 milyon avro – şəhərdaxili nəqliyyat sistemlərinin yaxşılaşdırılması məqsədilə.

İslam İnkişaf Bankı Qrupunun Türkiyədəki Regional Mərkəzinin rəhbəri Valid Əbdül Vəhhab qeyd edib ki, bu layihə Türkiyənin zəlzələdən sonrakı bərpa səylərini sürətləndirəcək və ölkənin gələcəkdə mümkün fəlakətlərə qarşı dayanıqlılığını artıracaq.

Layihə “Bərpa və dayanıqlılıq üçün bələdiyyə infrastrukturu” proqramı çərçivəsində icra ediləcək. O, eyni zamanda iqlim dəyişikliyi ilə mübarizədə bələdiyyə xidmətlərinin gücləndirilməsinə, o cümlədən:

içməli su təchizatı,

çirkab suların təmizlənməsi,

bərk tullantıların idarə olunması və

şəhər nəqliyyatı infrastrukturu sahələrinə investisiya qoyuluşunu əhatə edəcək.

Valid Əbdül Vəhhab əlavə edib ki, bu maliyyə dəstəyi bələdiyyələrin dayanıqlı inkişaf yolunda irəliləməsinə də ciddi töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti