...

Hərracda iştirak edən şəxslərin nəzərinə: Yeni qayda müəyyənləşir

Cəmiyyət Materials 5 İyul 2025 11:06 (UTC +04:00)
Hərracda iştirak edən şəxslərin nəzərinə: Yeni qayda müəyyənləşir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”nda dəyişiklik edilib.

Trend-in məlumatına görə, bununla bağlı ədliyyə naziri, III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, tələbkar, borclu, habelə hərracda iştirak edən şəxslər hərracın gedişini “Mobil icra” proqram təminatı vasitəsilə izləyə biləcəklər.

Hüquqi şəxs olan tələbkar, borclu və digər hərrac iştirakçıları “Mobil icra” proqram təminatı vasitəsilə hərracın gedişini portal sahibi ilə Mülki Məcəlləyə uyğun bağlanılmış müqaviləyə müvafiq olaraq izləyəcəklər.

Məlumat üçün bildirək ki, qərar iyulun 4-də qəbul olunub və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, iyulun 5-dən qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti