Bakı. Trend:
İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri İndoneziyanın Sumatra adasında yerləşən, təxminən 250 min əhalisi olan Banda Açe şəhərindən 90 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Hazırda tələfat və dağıntılar barədə məlumat verilmir. Həmçinin sunami təhlükəsi elan edilməyib.