Bakı. Trend:
ABŞ-nin Texas ştatında leysan yağışlar və Qvadalupe çayının daşması nəticəsində daşqınlar nəticəsində 24 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə "ABC" televiziya kanalı yerli hakimiyyət orqanlara istinadən xəbər verib.
Ölənlər arasında uşaqlar da var. Bundan əlavə, qlar üçün yay düşərgəsindən olan azı 20 nəfər itkin düşüb.
Ştat qubernatoru Qreq Abbott bir neçə vilayətdə fövqəladə vəziyyət elan edib və "itkin düşdüyü bildirilən hər kəsin tapılması üçün axtarış və xilasetmə səylərinin dayanmadan davam edəcəyini" deyib.