Bakı. Trend:
İyulun 5-də Almaniyanın Münxen şəhəri yaxınlığından havaya qalxan kiçikmühərrikli təyyarə Avstriyanın Zalsburq əyalətinin Pintsqau rayonunda qəzaya uğrayıb.
Trend xəbər verir ki, təyyarə dağlıq-meşəlik əraziyə düşərək yanıb. Göyərtədə olan dörd nəfərin hamısı hadisə nəticəsində həyatını itirib.
Qəzadan sonra başlayan yanğın meşə ərazisinin bir hissəsinə yayılıb, ərazinin mürəkkəb relyefi isə xilasedicilərin hadisə yerinə çatmasını xeyli çətinləşdirib.
Hazırda qəzanın səbəbləri araşdırılır və həlak olan şəxslərin şəxsiyyəti müəyyənləşdirilir.