Bakı.Trend:
309 596 Avro vəsaiti ölkədən çıxaran şirkət barədə tərtib edilmiş protokol təsdiq edilib.
Trend-in məlumatına görə, şirkət 14 aprel 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı 309 596.10 Avro məbləğində vəsaiti ölkə xaricinə çıxarıb.
Lakin ödənişin aparıldığı tarixdən iki il müddət keçməsinə baxmayaraq, vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
Nəsimi rayon Məhkəməsinin qərarı ilə şirkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 309 596.10 Avro valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 61 919.22 Avro cərimə tətbiq edilib.