...

Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 13 milyard manata yaxınlaşıb

İqtisadiyyat Materials 5 İyul 2025 12:40 (UTC +04:00)
Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 13 milyard manata yaxınlaşıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən indiyədək ölkə ərazisində 107.001 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.

Trend bu barədə Vergi Xidmətinə istinadən xəbər verir.

2025-ci ilin yanvar-iyun aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 12 milyard 748 milyon 823,6 min manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz və ya 1,3 milyard manatdan çoxdur.

Qeyd edilib ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti