...

Britaniyada yeni koronavirus ştammı yayılıb

Dünya xəbərləri Materials 5 İyul 2025 05:51 (UTC +04:00)
Britaniyada yeni koronavirus ştammı yayılıb

Bakı. Trend:

Böyük Britaniyada unikal boğuq səs simptomu ilə müşahidə olunan yeni "Stratus" koronavirus ştammı yayılıb.

Trend-in məlumatına görə, bu barədə "The Independent" qəzeti xəbər verib.

Qeyd olunub ki, "Stratus" ştammının iki növü - XFG və XFG.3 mövcuddur. Onlar ölkədəki COVID-19- yoluxma hallarının təxminən 30%-ni təşkil edir.

Məlumata əsasən, immunitetin zəifləməsi və peyvənd olunanların sayının azalması səbəbindən insanlar yeni ştamla infeksiyaya daha həssas olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti