...

Klublararası dünya çempionatında son yarımfinalçı "Real" oldu (ƏLAVƏ OLUNUB)

İdman Materials 6 İyul 2025 02:15 (UTC +04:00)
Klublararası dünya çempionatında son yarımfinalçı "Real" oldu (ƏLAVƏ OLUNUB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Klublararası dünya çempionatının 1/4 final mərhələsində son yarımfinalçı da müəyyənləşib.

Trend xəbər verir ki, bu mərhələdə Almaniyanın ikinci təmsilçisi – Dortmund "Borussiya"sı İspaniyanın nəhəngi "Real Madrid" ilə üz-üzə gəlib. Tərəflər bu ilin Çempionlar Liqası finalında da qarşılaşmış, həmin görüşdə də Madrid təmsilçisi qalib gəlmişdi.

Bu dəfə də "Real" ilk 20 dəqiqədə vurduğu 2 qolla üstünlüyü ələ alaraq, oyunun sonunadək bunu qorumağı bacarıb. Əlavə olunmuş dəqiqələrdə hər iki komanda ümumilikdə 3 qol vurub və görüş 3:2 hesabı ilə "Real"ın xeyrinə başa çatıb.

Beləliklə, Madrid klubu yarımfinalda "Bavariya"nı mübarizədən kənarlaşdıran PSJ ilə qarşılaşacaq.

XXX

22:22

Klublararası dünya çempionatının 1/4 final mərhələsində Avropanın iki nəhəng klubu – PSJ və “Bavariya” üz-üzə gəlib.

Trend xəbər verir ki, görüş PSJ-nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun taleyini gənc yarımmüdafiəçi Dezire Due həll edib. O, 78-ci dəqiqədə vurduğu qolla hesabı açıb. Matçın son dəqiqələrində PSJ-nin iki futbolçusu qırmızı vərəqə ilə meydandan qovulsa da, “Bavariya” bundan yararlana bilməyib. Əvəzində, Dembelenin 90+7-ci dəqiqədə vurduğu ikinci qol parislilərin qələbəsini rəsmiləşdirib.

Matçın dramatik anlarından biri isə “Bavariya”nın futbolçusu Camal Musialanın PSJ-nin qapıçısı Canluici Donnarumma ilə toqquşma nəticəsində ağır zədə alması olub. Meydandan xərəkdə çıxarılan Musialanın qıçının sındığı açıqlanıb. Hadisədən sonra Donnarumma göz yaşlarını saxlaya bilməyib.

Qələbə sayəsində PSJ yarımfinala yüksəlib və burada “Real” – “Borussiya” Dortmund cütünün qalibi ilə qarşılaşacaq.

PSJ (Fransa) - "Bavariya" (Almaniya) - 2:0

Xəbər lenti

Xəbər lenti