...

Cənubi Koreyanın milli təhlükəsizlik müşaviri ABŞ-yə səfər edəcək

Dünya xəbərləri Materials 5 İyul 2025 18:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreya Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Vi Son Lak iyulun 6-dan 8-dək ABŞ-ın paytaxtı Vaşinqtonda səfərdə olacaq.

Trend-in məlumatına görə, bu barədə müşavirin dəftərxanası rəsmi açıqlama yayıb.

Səfər çərçivəsində Vi Son Lakın ABŞ Prezidenti Donald Tramp və Cənubi Koreya Prezidenti Li Çje Myon arasında mümkün sammitin təşkili məsələsini müzakirə edəcəyi gözlənilir.

Dəftərxanadan verilən məlumata əsasən, səfər zamanı iki ölkə arasında münasibətlərin bütün aktual məsələləri üzrə fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, səfərdən bir gün əvvəl Cənubi Koreyanın ticarət naziri Yo Han Qu da Vaşinqtonda ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir və digər yüksək vəzifəli rəsmilərlə görüşlər keçirmək üçün ABŞ-a yollanıb.

Xəbər lenti

Xəbər lenti