Bakı. Trend:
Keçmiş "UFC" çempionu Konor Makqreqor Ağ Evin ərazisində baş tutacaq və ABŞ-ın Müstəqillik Gününə həsr olunacaq döyüşdə iştirak etmək istəyir.
Trend-in məlumatına görə, bu barədə irlandiyalı döyüşçü "X" sosial şəbəkəsində yazıb.
"Prezident [Donald] Trampın Ağ Evdə UFC döyüşü elan etməsindən sonra çoşqu içindəyəm. Mən məmnun olardım! Məni qeydiyyatdan keçirin!" - deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl D.Tramp Ağ Evin ərazisində UFC döyüşünün keçiriləcəyini açıqlamışdı. Amerika lideri bildirib ki, döyüş ABŞ-ın Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250-ci ildönümünə həsr olunacaq.