...

Laçında əməliyyat: 300-ə yaxın çətənə bitkisi və silah-sursat aşkarlandı (VİDEO)

Hadisə Materials 5 İyul 2025 14:49 (UTC +04:00)
Laçında əməliyyat: 300-ə yaxın çətənə bitkisi və silah-sursat aşkarlandı (VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Laçın Rayon Polis Söbəsinin əməkdaşlarının Ağcabədi rayonu Taxta Körpü qəsəbəsi ərazisində həyata keçirdikləri əməliyyat tədbiri zamanı narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasını təşkil edən Şıxəli İsmayılov saxlanılıb.

Trend xəbər verir ki, onun yaşadığı ünvana baxış zamanı həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 300-ə yaxın çətənə bitkisi aşkarlanıb.

Həyət ərazisindəki tikililərdən isə qurudulması üçün asılan 83 ədəd çətənə bitkisinin hissələri, eləcə də həşiş qətranı, marixuana və çətənə toxumları da müəyyən edilib.

Bundan başqa oradan 1 ədəd avtomat, 1 ədəd tüfəng, 2 ədəd tapança, həmin silahlara məxsus 8 ədəd daraq və 400 ədəd patron da aşkarlanıb

Faktla bağlı cinayət işi başlanıb, Ş.İsmayılov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti