...

Qəbiristanlıqda narkotik maddələr satan şəxs tutuldu (VİDEO)

Hadisə Materials 4 İyul 2025 17:32 (UTC +04:00)
Qəbiristanlıqda narkotik maddələr satan şəxs tutuldu (VİDEO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Bakının Sabunçu Rayon Polis İdarəsinin (RPİ) NMB-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əməliyyat zamanı narkokuryerliklə məşğul olan paytaxt sakini - əvvəllər məhkum olunmuş 31 yaşlı Cavid Əmirov Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlığın ərazisində narkotikləri satan zaman saxlanılıb. Ondan 2 kiloqram marixuana aşkarlanıb.

Şübhəli şəxs ifadəsində narkokuryerliyə sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşı tərəfindən cəlb edildiyini bildirib.

Faktla bağlı başlanan cinayət işi üzrə araşdırma davam etdirilir.

Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşları tərəfindən cari ilin əvvəlindən bu günə qədər keçirilən əməliyyatlar zamanı 63 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti