...

Azərbaycanda “American Express” ödəniş kartları ilə əməliyyatlar bir ayda 20%-ə yaxın azalıb

İqtisadiyyat Materials 4 İyul 2025 14:35 (UTC +04:00)
Azərbaycanda “American Express” ödəniş kartları ilə əməliyyatlar bir ayda 20%-ə yaxın azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin may ayının sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə institutlarının (həmçinin, statistik vahidin ödəniş kartları) emissiya etdiyi “American Express” kartları vasitəsilə əməliyyatların sayı 7,6 min ədəd, əməliyyatların həcmi isə 900 min manat olub.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, əvvəlki ayla müqayisədə “American Express” kartları ilə əməliyyatların sayı 1,5 min ədəd ədəd və ya 16,5%, “American Express” kartları ilə əməliyyatların həcmi isə 200 min manat, yaxud da 18,2% azalıb.

Belə ki, cari ilin aprel ayının sonunda Azərbaycanda rezident maliyyə institutlarının emissiya etdiyi “American Express” kartları vasitəsilə əməliyyatların sayı 9,1 min ədəd, əməliyyatların həcmi isə 1,1 milyon manat idi.

Qeyd edək ki, rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə, ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerli banklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyata keçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhs olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti