Bakı. Trend:
3 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə toplantısı çərçivəsində Türkmənistan Nazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan və Türkmənistan arasında
yüksək səviyyəli qarşılıqlı səfərlər və təmasların ikitərəfli
əlaqələrimizin daha da inkişafında rolu və əhəmiyyətindən bəhs
olunub.
Regional təhlükəsizlik məsələləri, beynəlxalq təşkilatlar
çərçivəsində, habelə Xəzər dənizi üzrə əməkdaşlıq mövzuları
müzakirə olunub.
İqtisadiyyat, ticarət, energetika, nəqliyyat, humanitar və
mədəniyyət sahələri üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarına
dair fikir mübadiləsi aparılıb.
Xalqlarımız arasında tarixən mövcud olan ənənəvi dostluq və
qardaşlıq əlaqələrinin bundan sonra Azərbaycan ilə Türkmənistan
arasında tərəfdaşlıq münasibətləri zəminində daha da inkişaf
edəcəyinə dair həmfikirlik ifadə olunub.
Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və
çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.