...

MİQ imtahanları üzrə apellyasiya müraciətlərinə start verilib

Cəmiyyət Materials 4 İyul 2025 13:05 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı.Trend:

Texnologiya, təsviri incəsənət, Azərbaycan dili, informatika, rus dili və ədəbiyyatı fənləri üzrə apellyasiya müraciətlərinə start verilib.

Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin texnologiya, təsviri incəsənət, Azərbaycan dili, informatika, rus dili və ədəbiyyatı fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə qəbul başladı. Bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.

Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.

Apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Xəbər lenti

Xəbər lenti