...

İstanbulda meşə yanğınları: 50 ailə təxliyə edilib

Dünya xəbərləri Materials 4 İyul 2025 10:01 (UTC +04:00)
İstanbulda meşə yanğınları: 50 ailə təxliyə edilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə İstanbuluun Silivri rayonunda güclü meşə yanğınları ilə əlaqədar 50 evin sakinləri təxliyə olunub. Nəzarətdən çıxan alovla 700-ə yaxın insan mübarizə aparır, bölgəyə 7 yanğınsöndürmə təyyarəsi səfərbər olunub.

Bu barədə Trend Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, yanğın ötən gün yerli vaxtla 15:00 radələrində başlayıb. İlkin ehtimala görə, meşə yanğınına səbəb təbiət qoynunda istirahətə gələn sakinlərdən birinin kabab bişirmək üçün qaladığı ocaq olub. Şübhəli şəxsin artıq saxlanıldığı bildirilir.

Yanğın 100 hektara yaxın meşə massivini məhv edib. Yanğının sürətlə yayılmasına havaların isti və küləkli keçməsi təsir edir. İstanbulda temperatur 28 dərəcəyə yaxındır, küləyin sürəti isə saniyədə 11 metrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti