...

Məcburi köçkünlər psixososial dəstəkdən faydalanıblar (FOTO)

Cəmiyyət Materials 4 İyul 2025 10:03 (UTC +04:00)
Məcburi köçkünlər psixososial dəstəkdən faydalanıblar (FOTO)

Bakı.Trend:

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin nəticəsi olaraq, məcburi köçkünlərin doğma yurda qayıdışı getdikcə sürətlənir. Dövlətimizin başçısının tapşırıqları əsasında, Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı çərçivəsində icra olunan tədbirlər işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma və iqtisadi inteqrasiya üçün əlverişli şərait yaradır.

Trend xəbər verir ki, bununla yanaşı, Böyük Qayıdış məcburi köçkünlər üçün təkcə uzun illərdir, müvəqqəti də olsa, məskunlaşdıqları coğrafi məkanı dəyişmək deyil, həm də emosional, sosial, psixoloji cəhətdən yeni bir yaşayış mühitinə keçməkdir. Belə ki, bu prosesin yeni mühitə uyğunlaşmaq, məşğulluq məsələsini həll etmək, peşə bacarıqlarını artırmaq, özünü inkişafa və iqtisadi inteqrasiyaya nail olmaq kimi mühüm cəhətləri vardır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi doğma yurda geri dönən həmvətənlərimizə psixososial dəstəyin təmin edilməsinin vacibliyini nəzərə alaraq məqsədyönlü tədbirlər görür. Dövlət Komitəsinin təşkilatçılığı, uzman klinik psixoloq, İstanbul Aydın univesitetinin doktorantı Fəxriyyə Nəsirzadənin rəhbərliyi ilə həyata keçirilən layihənin məqsədi məcburi köçkünlərin emosional, psixoloji və sosial reinteqrasiyasına dəstək verməkdir.

Layihə üzrə bu ilin may ayında onlayn formatda 5 psixoloji dəstək seansı təşkil olunub. Bu seanslara cəlb olunan məcburi köçkünlər yaşadıqları travmalarla bağlı fikirlərini bölüşüb, həmrəylik mühitində emosialarını sərbəst ifadə etməyə çalışıblar.

İyun ayında isə Bakıda, Qəbələdə və Bərdədə, layihə çərçivəsində, təlimlər təşkil edilib. Təlimlərdə iştirak edən məcburi köçkünlərə emosional yüklənmənin azaldılması, məşğulluq üçün psixoloji hazırlığın artırılması, motivasiya və özünəinamın gücləndirilməsi kimi mövzularda praktiki bilik və tövsiyələr, fərdi qaydada psixoloji məsləhət verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti