Xankəndi. Trend:
Tacikistan İƏT çərçivəsində ticarətə maneələrin aradan qaldırılmasını fəal şəkildə dəstəkləyir.
Trend-in Xankəndiyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci sammiti zamanı Tacikistan prezidenti Emoməli Rəhmon deyib.
"Nəqliyyat əlaqələrinin inkişafı, beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşması mühüm rol oynayır. Belə dəhlizlərin genişləndirilməsi İƏT çərçivəsində qarşıya qoyulan məqsədlərə nail olmağı təmin edəcək və Şərq-Qərb və Şərq-Cənub ölkələrini digər regionlarla birləşdirəcək", - Rəhmon bildirib.
Onun sözlərinə görə, Tacikistan ticarət və nəqliyyatda maneələrin aradan qaldırılması, tranzit prosedurlarının sadələşdirilməsi, eləcə də üzv dövlətlərin dəmir yolu, avtomobil və hava yollarının nəqliyyat şəbəkələrinə inteqrasiyanı fəal şəkildə dəstəkləyir.