Bakı. Trend:
Son illər ərzində ölkəmizdə 5 böyük sosial islahat paketi həyata
keçirilib və bu islahatlar 4 milyon vətəndaşı əhatə edib.
Trend xəbər
verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Anar
Əliyev beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində
çıxış edərkən deyib.
O bildirib ki, nəticədə, bu dövrdə minimum əməkhaqqı 3,1 dəfə,
minimum pensiya 2,9 dəfə artırılıb.
"Ölkə üzrə orta pensiya və orta əmək haqqı məbləğlərində əhəmiyyətli artımlar müşahidə olunmuşdur. Sosial müavinətlərin və təqaüdlərin maliyyələşməsinə ayrılan vəsaitin həcmi isə 5 dəfə artaraq 400 milyon manatdan 1.9 milyard manata çatmış, ÜDSY-inin orta məbləği 2,5 dəfə, yaşayış minimumu 65%, ehtiyac meyarı isə 2,2 dəfə artmışdır ki, bu da sosial dəstəyin real miqyasını göstərir"- deyə o əlavə edib.