Bakı.Trend:
Nərimanov rayonunda oğurluq edən şəxslər saxlanılıblar.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Paytaxtın Nərimanov rayonunda yerləşən marketlərin birindən oğurluq olub.
Rayonun Mayakovski küçəsindəki marketdən 1626 manatlıq məhsul talanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı qadın və 26 yaşlı Y.Məmmədov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.