...

"Moody’s Ratings" "Cənub Qaz Dəhlizi"nə investisiya reytinqi verib

İqtisadiyyat Materials 4 İyul 2025 16:22 (UTC +04:00)
"Moody’s Ratings" "Cənub Qaz Dəhlizi"nə investisiya reytinqi verib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

"Moody’s Ratings" beynəlxalq reytinq agentliyi "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyətinin (SGC) xarici valyuta ilə dəstəklənmiş təminatsız uzunmüddətli kredit reytinqini Ba1 səviyyəsindən Baa3 səviyyəsinə yüksəldib, yəni şirkətə investisiya reytinqi verib.

Trend şirkətə istinadən xəbər verir ki, reytinqin müsbət proqnozu saxlanılıb.

Moody’s-in açıqlamasında qeyd olunur ki, bu qərar Azərbaycan hökumətinin institusional imkanlarının güclənməsi və makroiqtisadi sabitliyin qorunması fonunda verilib. Ölkənin fiskal sabitliyinin artması, neft gəlirlərindən asılılığın azalması və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar "Cənub Qaz Dəhlizi" layihəsinin dayanıqlılığına da müsbət təsir göstərir.

Təbii qaz ixracı üzrə strateji layihə olan "Cənub Qaz Dəhlizi", Avropanın enerji təhlükəsizliyində mühüm yer tutur və Azərbaycanın xarici investisiya və enerji bazarındakı mövqeyini gücləndirir. Reytinqin yüksəldilməsi bu layihənin maliyyə dayanıqlılığı və bazar etibarlılığı baxımından əhəmiyyətli üstünlüklər əldə etdiyini göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti