...

Qırğızıstan prezidenti dənizə çıxışı olmayan İƏT ölkələr üçün limanlarda güzəştli rüsumların tətbiqini təklif edib

İqtisadiyyat Materials 4 İyul 2025 14:22 (UTC +04:00)
Qırğızıstan prezidenti dənizə çıxışı olmayan İƏT ölkələr üçün limanlarda güzəştli rüsumların tətbiqini təklif edib
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Xankəndi. Trend:

Qırğızıstan Prezidenti Sadır Japarov dənizə birbaşa çıxışı olmayan ölkələr üçün dəniz limanlarında preferensial rüsumların təyin olunmasını təklif edib.

Trend-in Xankəndiyə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Qırğızıstanlı dövlət başçısı İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə-görüşündə etdiyi çıxışda bildirib.

“İƏT çərçivəsində dənizə çıxışı olmayan ölkələr üçün liman infrastrukturuna çıxışda güzəştli şəraitin yaradılmasını məqsədəuyğun hesab edirik. Xüsusilə, dəniz limanlarında yüklərin qəbulu, boşaldılması və saxlanması xidmətləri üzrə güzəştli rüsumların müəyyən olunması nəzərdə tutula bilər”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, nəqliyyat-logistika əlaqələrinin inkişafı, o cümlədən logistikaya rəqəmsal həllərin inteqrasiyası təşkilat çərçivəsində əməkdaşlığın əsas istiqamətlərindən biridir.

“Yükdaşıma proseslərinin, o cümlədən dəmir yolu və avtomobil nəqliyyatı marşrutları üzrə rəqəmsallaşdırılmasını fəal şəkildə təşviq etmək vacibdir”, – deyə dövlət başçısı əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti