...

Qazaxıstan öz neftinin nəqli üçün Bakı-Supsa boru kəmərini perspektivli hesab edir - Nazir (ÖZƏL)

İqtisadiyyat Materials 4 İyul 2025 17:17 (UTC +04:00)
Qazaxıstan öz neftinin nəqli üçün Bakı-Supsa boru kəmərini perspektivli hesab edir - Nazir (ÖZƏL)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Xankəndi. Trend:

Qazaxıstan öz neftinin nəql olunması üçün Bakı–Supsa boru kəmərini perspektivli hesab edir.

Bunu Trend-ə Qazaxıstanın energetika naziri Erlan Akkenjenov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirilən 17-ci Zirvə görüşü çərçivəsində verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, Qazaxıstan və Azərbaycanın milli neft şirkətləri – “KazMunayGas” və SOCAR – arasında əməkdaşlıq üzrə yol xəritəsi artıq imzalanıb və tərəflər bu sənədin müddəalarına ciddi şəkildə əməl edirlər.

“Cari ilin ilk altı ayı ərzində mövcud marşrutlar üzrə təxminən 750 min ton neft nəql olunub. Halbuki ötən ilin tamamında bu göstərici 1,5 milyon tona yaxın idi”, – deyə o qeyd edib.

Nazir bildirib ki, 2025-ci ildə bu həcmlərin qorunub saxlanılması gözlənilir və Qazaxıstan bu göstəriciləri daha da artırmağa hazırdır.

“Biz SOCAR-dakı həmkarlarımızla daimi əlaqədəyik və Bakı–Supsa daxil olmaqla, istənilən potensial nəqliyyat marşrutlarını nəzərdən keçiririk”, – deyə Erlan Akkenjenov vurğulayıb.

O əlavə edib ki, ildə 5 milyon ton ötürmə qabiliyyətinə malik olan bu boru kəməri, iqtisadi baxımdan məqsədəuyğun olduğu halda, Qazaxıstan üçün Qara dəniz limanlarına neft ixracı baxımından mühüm alternativ ola bilər.

Nazir Xankəndidə keçirilən İƏT Zirvə görüşünün yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, dövlət və hökumət başçılarının, eləcə də, baş nazirin rəhbərlik etdiyi Qazaxıstan nümayəndə heyətinin iştirakını xüsusilə vurğulayıb. O bildirib ki, keçirilən müzakirələr çox məzmunlu olub və “yaşıl gündəmi” də əhatə edən məsələləri əhatə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti