...

Məhkum həyat yoldaşına cəzaçəkmə müəssisəsinə telefon keçirmək istədi, qarşısı alındı

Hadisə Materials 15 Dekabr 2025 14:57 (UTC +04:00)
Məhkum həyat yoldaşına cəzaçəkmə müəssisəsinə telefon keçirmək istədi, qarşısı alındı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşları tərəfindən aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə məhkumla qısamüddətli görüşə gəlmiş həyat yoldaşının üzərinə və əşyalarına baxış keçirilən zaman ona məxsus əl çantasında gizlədilmiş 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar olunaraq müəssisəyə keçirilməsinin qarşısı alınıb.

Trend xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti