...

Yanvar - oktyabr aylarında Rusiyadan Azərbaycana idxal olunan təbii qazın həcmi açıqlandı

İqtisadiyyat Materials 15 Dekabr 2025 14:59 (UTC +04:00)
Yanvar - oktyabr aylarında Rusiyadan Azərbaycana idxal olunan təbii qazın həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar–oktyabr aylarında Rusiyadan Azərbaycana 21,2 milyon kubmetr həcmində təbii qaz idxal olunub

Trend bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 22,3 milyon ABŞ dolları və ya 85,1 faiz, həcm baxımından isə 120,5 milyon kubmetr və ya 85 faiz azalıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycandan ölkə xaricinə ümumilikdə 20,649 milyard kubmetr təbii qaz ixrac edilib. İxracın ümumi dəyəri 7,418 milyard ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, dəyər ifadəsində 569,3 milyon ABŞ dolları və ya 8,3 faiz artım deməkdir, həcm baxımından isə ixrac 690,003 milyon kubmetr və ya 3,2 faiz azalıb.

Eyni zamanda, cari ilin ilk 10 ayında Azərbaycana 39,151 milyon ABŞ dolları dəyərində 252,158 milyon kubmetr təbii qaz idxal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 40,2 milyon ABŞ dolları və ya iki dəfə, həcm ifadəsində isə 243,6 milyon kubmetr və ya 49,1 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti