...

Azərbaycan və Maldiv ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib

Siyasət Materials 15 Dekabr 2025 14:16 (UTC +04:00)
Azərbaycan və Maldiv ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Maldiv ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib.

Trend xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Qanun imzalayıb.

Qanuna əsasən, 2025-ci il sentyabrın 24-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti