...

Ukraynanın NATO-ya üzvlüyü artıq müzakirə olunmur - Kallas

Dünya xəbərləri Materials 15 Dekabr 2025 11:30 (UTC +04:00)
Ukraynanın NATO-ya üzvlüyü artıq müzakirə olunmur - Kallas
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynanın NATO-ya üzvlüyü artıq müzakirə olunmur.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas danışıb.

“Bir halda ki, Ukraynanın NATO-ya üzvlüyü daha müzakirə olunmur, Avropa İttifaqı gərək həqiqətən ciddi təhlükəsizlik zəmanətləri ortaya qoymalıdır, hansısa kağızı yox. Bu real qoşunlar, real hərbi imkanlar olmalıdır”, - deyə Kallas Aİ XİN rəhbərlərinin zirvə toplantısına gələrkən jurnalistlərə bildirib.

Qeyd edək ki, bu gün keçiriləcək Aİ xarici işlər nazirlərinin toplantısında Rusiyaya qarşı növbəti sanksiyalar paketinin təsdiqlənəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti