...

Azərbaycana və xaricə pul köçürmələrinin həcmi açıqlanıb

İqtisadiyyat Materials 15 Dekabr 2025 11:25 (UTC +04:00)
Azərbaycana və xaricə pul köçürmələrinin həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ölkəyə pul köçürmə sistemləri vasitəsilə bu ilin ilk 9 ayında cüzi artım olub. Belə ki, dövr ərzində ölkəyə 850 milyon dollar pul baratı (0,2 faiz artım) daxil olub.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqə deyib.

Azərbaycana ən çox pul köçürmələrinin ölkələr üzrə bölgüsü belə olub:

Rusiya - 344 milyon ABŞ dolları;
Türkiyə- 140 milyon ABŞ dolları;
ABŞ - 74 milyon dollar;
Birləşmiş Krallıq - 31 milyon ABŞ dolları;
Gürcüstan - 30 milyon ABŞ dolları.

S. Nəsirov vurğulayıb ki, dövr ərzində Azərbaycandan xaricə köçürülmüş pul baratlarının həcmi 361 milyon dollar olub.

Azərbaycandan ən çox pul köçürmələrinin ölkələr üzrə bölgüsü belə olub:

Türkiyə- 104 milyon dollar;
ABŞ - 55,8 milyon dollar;
Rusiya - 34 milyon dollar;
Birləşmiş Krallıq - 20 milyon dollar;
Gürcüstan- 19,8 milyon dollar

Məqalədə:
Xəbər lenti

Xəbər lenti