...

Azərbaycanın ilkin gəlirlər balansının kəsiri 14% daralıb

İqtisadiyyat Materials 15 Dekabr 2025 11:59 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin ilk 9 ayında ilkin gəlirlər balansı defisitli olub. Bu dövrdə kəsirimiz 1,7 milyard dollar təşkil edib. Bu kəsr ötən ilin eyni dövrünə nisbətən təxminən 14% daralıb.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqə deyib.

"İlkin gəlirlər balansının kəsirini formalaşdıran əsas amil neft-qaz sektorunda Azərbaycana yatırılmış birbaşa xarici investisiyaların faiz repatriasiyası ilə əlaqədardır. Bu dövrdə 2 milyard dollara yaxın həcmində ölkəyə qoyulmuş birbaşa xarici investisiyaların faiz repatriasiyası həyata həyata keçirilib", - o bildirib.

"Eyni zamanda bu dövrdə qiymətli kağızlar portfelindən gəlirlərimiz artır. Bu ilin ilk 9 ayında qiymətli kağızlar portfelindən gəlirlərimiz ötən ilin eyni dövrü ilə müqayisədə xalis olaraq 7,4% artıb", - S. Nəsirov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti